"Bavariya" bir mövsümdə 657 milyon avro qazanıb

20 Noyabr 2018 20:17 (UTC+04:00)

“Bavariya”nın ötən mövsümdəki gəliri açıqlanıb. Klubun saytında yer alan xəbərə görə, Münhen təmsilçisi ümumilikdə 657 milyon avro gəlir qazanc əldə edib. Bundesliqanın son çempionu 2016/2017 mövsümü ilə müqayisədə 136 milyon avro daha çox gəlir götürüb ki, bu da klubun yeni maliyyə rekordudur. Qeyd edək ki, bu sahədə “Barselona” 1 milyard avroluq gəlirlə liderdir.