“Beşiktaş”ın futbolçusu 3 həftə oynamayacaq

20 Noyabr 2018 17:21 (UTC+04:00)

“Beşiktaş”ın futbolçusu Rayan Babel 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. SİA-nın məlumatına görə, Hollandiya yığmasının üzvü UEFA Millətlər Liqasının A qrupunun “Almaniya” ilə oyununda (2:2) zədələnib. Tibbi müayinədən sonra onun 3 həftə komandasına kömək edə bilməyəcəyi məlum olub.

Qeyd edək ki, Babel dekabrın 2-də Türkiyə Superliqasının 14-cü turunda evdə “Qalatasaray”la derbi matçında oynaya bilməyəcək.