DOST-un təqdimat mərasimi keçirilir YENİLƏNİR

20 Noyabr 2018 16:41 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış "e-sosial" internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Baş nazirin müavini Əli Əhmədov. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak edir. Çıxışlardan öncə DOST-la bağlı videoçarx nümayiş etdirilib. Tədbir davam edir.