“Şəki, mən səni sevirəm” müsabiqəsinin nəticələri açıqlanıb

20 Noyabr 2018 12:46 (UTC+04:00)

Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında keçirilən “Şəki, mən səni sevirəm” müsabiqəsinin nəticələri açıqlanıb.

İttifaqın mətbuat xidmətindən SİA bildirilib ki, “Ən yaxşı bədii film” nominasiyasında rejissor Tahir Əliyevin “Xalisin arzuları”, “Ən yaxşı sənədli film” nominasiyasında isə Zamin Məmmədovun “Şəbəkə” filmi qalib olub. Foto nominasiyasında isə Nigar Pirimovanın “Qədim Şəki” fotosu mükafat qazanıb.

Müsabiqə çərçivəsində münsif heyətinin xüsusi mükafatına “Sənədli film” nominasiyasında Tacəddin Quliyevin “Şəki, mən səni sevirəm”, Rəşad Qasımovun “Rasim Ocaqov zirvəsi” filmləri, foto üzrə isə Azər Cəfərovun “Şəkinin uşaqları” fotosu layiq görülüb.

Qeyd edək ki, mükafatlandırma mərasimi noyabrın 24-də Şəki şəhərində Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş təntənəli gecədə təqdim olunacaq.