Xatun: "Fatimə ilə bağlı əlimdə faktlar var" VİDEO

20 Noyabr 2018 15:26 (UTC+04:00)

Müğənni Xatun Əliyeva rəqqasə Fatimə Fətəliyeva ilə arasında olan məhkəmə prosesindən danışıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində açıqlama verib: "Çoxdan bilirdim ki, məhkəməni udmuşam, amma susdum. Gördüm ki, boş xəbərlər yaydılar. Qalibəm, amma danışmadım. Uduzan adam danışır.

Xatun, atasının qarşı tərəfdən üzr istəməsini də yalan adlandırıb: "Atam heç kəsdən üzr istəməyib. Məhkəmədə udmuşamsa, niyə üzr istəyim? Onun vəkili dedi ki, gəlin bunları barışdıraq. Atam da onu məhkəməyə verə bilər. Oturub tamaşanı seyr edirəm. Danışıram vay, susuram vay.

Deyir ki, bu aləmdə tək mən olum, xınanı mən yaxım. Biz də kənarında xına yaxaq da, nə olar. Cəfəngiyat danışmıram, əlimdə faktlar var. Məni məhkəməyə verib, həm də barışıq təklif edir".