İsrail əsgərləri ilə toqquşmada 40 fələstinli yaralanıb

20 Noyabr 2018 01:03 (UTC+04:00)

Bazar ertəsi Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən növbəti toqquşmada 40-dan çox fələstinli xəsarət alıb. Bu barədə RİA məlumat yayıb. Bildirilib ki, sözügedən fələstinlilərdən 21-i döyüş güllələrindən, 15-i rezin güllələrdən, 5-i isə boğucu qazdan xəsarət alıb.