Türkiyə qırıcıları İraqın şimalında 14 terrorçunu öldürüb

20 Noyabr 2018 00:34 (UTC+04:00)

Türkiyə qırıcılarının İraqın şimalında, Avaşin-Basyan, Qəndil və Haftanin bölgərində təşkil etdiyi avia-əməliyyatlar nəticəsində 14 terrorçu öldürülüb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) məlumatında deyilir.

Bildirilib ki, hücum hazırlığında olan terrorçulara aid silah-sursat anbları, sığınacaqlar da məhv edilib.