"ABŞ İran xalqının əlaqələrini zəiflədə bilməyəcək"

19 Noyabr 2018 17:16 (UTC+04:00)

"ABŞ hakimiyyəti İran xalqının qardaş Türkiyə, İraq və Azərbaycan xalqları və başqa ölkələrlə əlaqələrini zəiflədə bilməyəcək". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri çərçivəsində bildirib.

O, İranın Azərbaycan, Türkiyə, İraq və başqa ölkələrlə əlaqələrinin gündən-günə daha da güclənəcəyini vurğulayıb: “Bu il də ötən il olduğu kimi, ərzaq məhsulları üçün bir dolları 4200 tüməndən alacağıq. Xalqın problemlə üz-üzə qalmasına icazə verməyəcəyik. ABŞ İran neftinin ixracını və qonşularla əlaqələrini kəsəcəyini zənn edirdi. Ancaq bu səhv addımında uğru qazanmadı”.