Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib

19 Noyabr 2018 16:38 (UTC+04:00)

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Milli Məclisdə vətəndaşları qəbul edib. SİA-nın məlumatına görə, millət vəkili qəbula gələn vətəndaşları dinləmiş, onları narahat edən məsələlərin bəzilərini yerindəcə həll etmiş, digər vətəndaşların müraciətlərini isə baxılması üçün aidiyyəti təşkilatlara göndəriləcəyini bildirib.

Vətəndaşların müraciətləri əsasən ailə-məişət və digər sosial məsələlərindən ibarət olub.