"Sabah”ın hücumçusu məşqçi lisenziyası alıb

19 Noyabr 2018 15:24 (UTC+04:00)

"Sabah”ın hücumçusu Marko Deviç UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasını alıb. SİA-nın məlumatına görə, o, noyabrın 11-dən 16-dək Ukrayna Futbol Federasiyasının Lisenziyalaşdırma Mərkəzində keçirilən təlimin son sessiyasında iştirak edib və imtahanlardan uğurla keçib.

Qeyd edək ki, 35 yaşlı serbiyalı hücumçu mövsümün əvvəlindən "Sabah"da çıxış edir.