ATMU-da “Azərbaycanın müasir kapital bazarı” mövzusunda seminar olub

19 Noyabr 2018 11:43 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universiteti “Biznes idarəçiliyi” fakültəsinin “İqtisadiyyat” kafedrası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Azərbaycanın müasir kapital bazarı” mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Paşa Kapital İnvestisiya Şirkətinin direktor müavini Tələt Kalayev “Kapital Bazarında investisiya imkanları”na dair təqdimat- çıxışında kapital bazarlarında diqqətçəkən dəyişiklik və investisiya qoyuluşlarından bəhs edib.

“Biznesin inkişafı” departamentinin aparıcı mütəxəssisi Müseyyib Mehdiyev “Bakı Fond Birjası və bazar seqmentləri” adlı məruzəsində Bakı Fond Birjasının mövcud vəziyyəti və bazar seqmentləşməsinin müasir formalarına aydınlıq gətirib.

ATMU-da adıçəklən qurumların təşkilatçılığı ilə “Azərbaycanın müasir kapital bazarı”mövzusunda təşkil olunan debat- seminarda tələbələrin çoxsaylı sualları moderator- təlimçi-məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.

Sonda təlimçilərə və təşkilatçılara təşəkkür sertifikatı təqdim olunub.