Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə saz-söz axşamı

19 Noyabr 2018 11:11 (UTC+04:00)

Dekabrın 4-də Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə saz-söz axşamı keçiriləcək. Saraydan SİA bildirilib ki, “Mədəniyyət” kanalı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq konsert proqramında tanınmış aşıqlar və “Laçın”, “Koroğlu”, “Çeşmə”, “Misri” aşıq qrupları iştirak edəcəklər.

Biletləri Heydər Əliyev Sarayının və şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.