Afinada kütləvi iğtişaşlar: - 20 nəfər saxlanılıb

18 Noyabr 2018 22:58 (UTC+04:00)

Yunanıstan polisi noyabrın 17-də keçirilən kütləvi iğtişaşlarda iştirak etdiklərinə görə 20 nəfəri, o cümlədən dörd xarici ölkə vətəndaşını həbs edib. Saxlanılanlar arasında Fələstin və Rumıniya vətəndaşları da var.

Qeyd edək ki, noyabrın 17-də Afina Politexnik İnstitutunu ərazisində anarxistlər tullantıları yandırıb, oturacaqları qırıb, polisə daş və “Molotov” kokteylləri atıblar. Buna cavab olaraq polis iğtişaşçılara qarşı səs qumbarasından və gözyaşardıcı qazdan istifadə edib.