4 gün elektrik enerjisi fasilələrlə veriləcək

18 Noyabr 2018 14:37 (UTC+04:00)

Noyabrın 19-dan 23-dək bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilib. Buna səbəb Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi daşıyı.

Bu səbəbdən də Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabrdan 23 noyabra qədər bəzi ərazilərdə elektrik enerjisi verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə "Azərişıq" ASC İstehlakçılardan üzr istəyir.