ABŞ ordusunda ciddi problemlər aşkarlanıb

18 Noyabr 2018 12:14 (UTC+04:00)

ABŞ ordusunda şəxsi heyət baxımından ciddi çatışmazlıq hiss olunur. Hərbçilərin sayı İkinci dünya müharibəsinin bitməsindən sonra ən aşağı həddədir. SİA-nın verdiyi xəbərə görə, bu barədə “National Interest” jurnalı yazıb.

Ekspertlər bunu ciddi problem kimi dəyərləndirirlər. Məsələ həllini qısa müddət ərzində tapmasa, ölkə 5 əsas təhlükə ilə - Çin, Rusiya, İran, Şimali Koreya və terrorçuluq - mübarizə apara bilməyəcək.

Mütəxəssislərin rəyinə əsasən, eyni zamanda daha çox texnikaya və insan resurslarına da ehtiyac duyulur. Məsələn, milli müdafiə strategiyasının həyata keçirilməsi üçün 335 gəmi tələb edilsə də, hazırda onların sayı cəmi 286 təşkil edir. Quru qoşunların şəxsi heyətinin sayı 500 min hərbçi olmalı halda, hazırda bu göstərici 476 mindir.

Jurnal baş verənlərin səbəbini müdafiə məqsədləri üçün büdcənin azalmasında görür. 2011-ci ildən orduya ayrılan xərclər 539 milyard dollar azalıb.