Qırğızıstanda prokuror qətlə yetirilib

18 Noyabr 2018 10:29 (UTC+04:00)

Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıkov qətlə yetirilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə ilə bağlı cinayət işi açılıb, şübhəli şəxs qismində bir nəfər tutulub.