Ağsuda ağacəkmə kampaniyası keçirilib

17 Noyabr 2018 16:32 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında Ağsu rayonunun təhsil işçiləri də ilk gündən fəallıq nümayiş etdirirlər. SİA-ya Nazirlikdən verilən məlumata görə, noyabrın 17-də kampaniyada Ağsu şəhər 5 saylı və Ərəbuşağı kənd tam orta məktəblərindən 80 nəfər təhsil işçisi iştirak edib. Həmin gün təhsil ocaqlarının hər birinin həyətində 100 ədəd ağac əkilib. Çalalar mütəxəssislərin nəzarəti altında qazılıb, əkilən ağacların dibi suvarılaraq bərkidilib.

Tərtib olunan qrafikə əsasən, noyabrın 18-də ağacəkmə kampaniyası şəhər 3 saylı və Daşdəmirbəyli kənd tam orta məktəblərinin həyətlərində həyata keçiriləcək.