Rusiyada avtobus qatarla toqquşub

17 Noyabr 2018 22:18 (UTC+04:00)

Rusiyanın Saratov şəhərində avtobusun qatarla toqquşması nəticəsində 5 sərnişin ölüb, sürücü və daha bir sərnişin isə bədən xəsarəti alıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi Yol Hərəkətinin Təhlükəsizliyinin Təmini üzrə Baş İdarəsinin Mətbuat xidməti bildirib.

Bildirilib ki, hadisə noyabrın 17-də Engels-Yerşov-Ozinki avtomobil yolunda baş verib. Qazaxıstanla sərhəddən Saratov vilayətinə doğru 6 sərnişinlə hərəkət edən avtobus qaydaları pozaraq dəmiryoluna çıxıb və yük qatarının lokomotivi ilə toqquşub.