Bolqarıstanda türk düşməni olan məmur istefa verdi

17 Noyabr 2018 22:15 (UTC+04:00)

Bolqarıstanda türklərə qarşı millətçi çıxışları ilə tanınan baş nazirin müavini Valeri Simyonov istefa verib. Teleqraf.com-un məlumatın agörə, Bolqarıstan Milli Qurtuluş Cəbhəsinin (NFSB) lideri olan Simyonov bəyan edib ki, ona qarşı qaralama kampaniyası aparıldığından iqtidara yük olmaq istəmir. Bolqarıstanda bir aydır əlil uşaqların anaları baş nazirin müavininə qarşı aksiyalar təşkil edirlər. Valeri Simyonovun əlil uşaq və onların anaları barədə sözləri ölkədə böyük qalmaqal yaradıb.

Valeri Simenov son parlament seçkilərində Türkiyədən Bolqarıstana səs vermək üçün gələn cütlüyün ünvanına da qarşı qeyri-etik ifadələr işlətmişdi. O, ölkədə türklər əleyhinə çıxışı ilə tanınır.