Seymur Cəfərov: "Mükafatçılar sırasında olmaq üçün əlimizdən gələni edəcəyik" - AÇIQLAMA - ÖZƏL

17 Noyabr 2018 14:18 (UTC+04:00)

"Dünya Kubokunda mükafatçılar sırasında olmaq üçün əlimizdən gələni edəcəyik". Bunu SİA-ya açıqlamasında Bakıda təşkil olunan akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışlarında çıxış edən idmançımız Seymur Cəfərov deyib.

O qeyd edib ki, ilk çıxışında proqramı daha yaxşı icra edə bilərdi: "Həyacandan müəyyən səhvlərə yol verdim. Növbəti çıxışımda daha diqqətli olacağam. Vətənimdə çıxış etdiyim üçün həyacan böyükdür".

İlin sonunda respublika çempionatında mübarizə aparacağını bildirən gimnast federasiya tərəfindən idmançılar üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.