Nikolun adamı striptiz klubun meneceridir "JAMANAK"

17 Noyabr 2018 12:23 (UTC+04:00)

Ermənistanın “Jamanak” qəzeti yazır ki, Nikol Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyasına məxsus “Mənim addımım” blokunun təmsilçilərindən biri – Araqaston vilayətinin 7 saylı seçki dairəsinin nümayəndəsi Sergey Movsisyan Aştarak şəhərinin gecə striptiz klubunun meneceridir.

“Bir vaxtlar Movsisyan ötən parlament seçkilərində Sarkisyan hakimiyyətinə yaxınlığı ilə seçilən “Çiçəklənən Ermənistan” partiyasının səs toplayanı olub”, deyə erməni qəzeti onu da qeyd edir ki, hazırkı işini qoyaraq, onu deputat vəzifəsi ilə dəyişmək istəyi anlaşılan deyil.