"Ermənistanın xarici əlaqələrilə bağlı vəziyyət narahatlıq yaradıb"

17 Noyabr 2018 12:16 (UTC+04:00)

"Ötən aylar ölkəmizin xarici əlaqələrinin inkişafı baxımından dərin narahatlıq yaradır". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan "Facebook" səhifəsində yazıb.

"Bu günlərdə tez-tez eşidirəm: "Niyə narahat olursuz, "Mülki Müqavilə" Partiyası sizin xarici siyasətinizi davam etdirir?". Rəqiblərimiz bu siyasətin məqbul və Ermənistan üçün yeganə düzgün olduğunu, KTMT və AvrAzES-in tərk edilməsinə dair tələblərinin məsuliyyətsiz bir mübahisə olduğunu qəbul etdilər. Bir tərəfdən Rusiya ilə strateji müttəfiqlik əlaqələri, AB ilə çərçivə razılaşması, ABŞ ilə ortaqlıq, İran və Gürcüstanla yaxşı qonşuluq əlaqələri, Çin ilə dialoqun dərinləşməli, KTMT və Avrasiya İttifaqı ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir. Lakin bu istiqamətdə müvəffəqiyyətin formulası bilik, davamlı iş, bacarıqlı komandadır. Bütün bunları quru bəynatlarla saxlamaq mümkün deyil. Həqiqi niyyətlər qəbul edilən qərarlar, həyata keçirilən əməllərlə ifadə olunur. Lakin ötən aylar ölkəmizin xarici əlaqələrinin inkişafına baxdıqda baş verənlər dərin narahatlıq yaradır. Biz belə bir bölgədə yaşayırıq və bir səhv bizim taleyimizi həll edə bilər", - deyə Sarkisyan qeyd edib.