ABŞ yanğınların qarşısını almaqda acizdir - Ölənlərin sayı 1000-i keçə bilər

17 Noyabr 2018 10:26 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları nəticəsində ölənlərin sayı 71-ə çatıb. SİA ABŞ mətbuatına istinadən xəbər verir ki, 1000-dən çox insan da itkin düşmüş hesab olunur.

Qeyd olunur ki, hal-hazırda "Camp" yanğınının sahəsi 59 hektara yaxındır, minlərlə tikili dağılıb.