Ramil Quliyev əsgər andı içib - FOTO

17 Noyabr 2018 10:18 (UTC+04:00)

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə silahlı qüvvələrində ilk təlimləri başa vurub. SİA-nın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 200 m məsafədə dünya və Avropa çempionu olan idmançı hərbi xidmətdə əsgər andı içib. R.Quliyev ödənişli qısamüddətli xidmət üçün hərbiyə cəlb olunan 417 nəfər sırasında yer alıb.

Qeyd edək ki, R.Quliyev 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu adını qazanıb.