Böyük Britaniyada "Brexit" üzrə nazir vəzifəsinə təyinat olub

17 Noyabr 2018 02:03 (UTC+04:00)

Böyük Britaniyanın "Brexit" üzrə naziri vəzifəsinə təyinat olub. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu posta keçmiş səhiyyə naziri Stiv Barkli təyin edilib.

O, bu günlərdə "Brexit" məsələsinə dair fikir ayrılıqları ucbatından istefa vermiş Dominik Raabı əvəzləyib.