“Qalatasaray”a vurduğum qolu unuda bilmərəm”

17 Noyabr 2018 03:17 (UTC+04:00)

Fənərbaxça”nın oyunçusu Mateu Valbuena klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, 34 yaşlı futbolçu “Qalatasaray”la son qarşılaşmalarında vurduğu qolu unutmayacağını deyib: “O qol “Fənərbaxça” karyeramda önəmli yer tutacaq. Penaltidən vursam da, mənim üçün hər zaman xüsusi olacaq”. Qeyd edək ki, fransalı futbolçu İstanbul klubuna ötən il Lion “Olimpik"indən transfer olunmuşdu.