AFFA-nın təşkil etdiyi UEFA A kursu Tbilisidə - FOTOLAR

16 Noyabr 2018 17:23 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi oyunlar Gürcüstanın Tbilisi şəhərində təşkil olunub. SİA-nın məlumatına görə, qrup oyunlarının təhlili və müvafiq müzakirələrin aparılması məqsədilə AFFA tərəfindən təşkil olunan UEFA A kateqoriyalı məşqçi kursunun ikinci mərhələsi Tbilisidə keçirilir.