PSJ ÇL-dən uzaqlaşdırıla bilər

16 Noyabr 2018 16:15 (UTC+04:00)

PSJ UEFA tərəfindən Çempionlar Liqasından uzaqlaşdırıla bilər. SİA-nın məlumatına görə, buna səbəb kimi klubun Maliyyə Feyr Pley qaydalarını pozması göstərilir. PSJ transfer bazarında infilyasiya yaratmaqda günahlandırılır.

Avropanın ali futbol qurumunun Paris klubunun şübhəli sponsorluq razılaşmalarını, eyni zamanda Klyan Mbappe və Neymarın transfer müqavilələrinin detallarını araşdırdığı bilirilir.

Qeyd edək ki, PSJ hazırda Çempionlar Liqasının C qrupunda mübarizə aparır. Paytaxt təmsilçisi qrupda 4 turdan sonra 5 xalla 3-cüdür.