“Sədərək”də yanğın söndürülüb

16 Noyabr 2018 13:10 (UTC+04:00)

“Sədərək” ticarət mərkəzinin ərazisində baş vermiş yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb. Əlavə məlumat veriləcək.