Polşa filmləri festivalı keçiriləcək

16 Noyabr 2018 11:48 (UTC+04:00)

Bakıda noyabrın 22-dən 28-dək 3-cü “Visla” Polşa filmləri festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival çərçivəsində tamaşaçılar polşalı rejissorların “Varşava döyüşü. 1920”, “Gecə danışıqları”, “Ədalətli”, “Şəhər 44”, “Sevgi vergisi” və digər filmləri izləyə biləcəklər.

“Landmark”da hər gün saat 19-da başlanacaq seanslarda ekran əsərləri ingilis və rus altyazıları ilə göstəriləcək.

Giriş sərbəstdir.