"Keşlə" ilə oyundan sonra istirahətə buraxılan "Sumqayıt" hazırlıqları bərpa edib. SİA-nın məlumatına görə, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında dünən "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqə çıxıb.
Milli komandalarda olan Əfran İsmayılov, Şəhriyar Əliyev, Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib. Əvəzedici heyətdən isə 6 futbolçu əsas komanda ilə birlikdə hazırlaşıb. 1.5 saat davam edən məşqdə komanda əvvəlcə müxtəlif fiziki hərəkətlər ardınca isə topla hərəkətlər üzərində çalışılıb.