Sumqayıtda 67 yaşlı kişi intihar edib

16 Noyabr 2018 07:04 (UTC+04:00)

Sumqayıtda 67 yaşlı kişi intihar edib. "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 17-ci mikrorayonda baş verib. Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Nəbiyev Ağabala Məbud oğlu yaşadığı mənzildə özünü asıb. Onun meyitini yaxınları aşkar ediblər. A.Nəbiyevin nə üçün intihar etməsi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.