Tovuzda 41 yaşlı qadını avtomobil vurub

16 Noyabr 2018 03:04 (UTC+04:00)

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunun Düz Cırdaxan kənd sakini, 1977-ci il təvəllüdlü İşadə Müzəffər qızı ƏliyevanıƏyyublu kəndi ərazisində avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.