Mingəçevirdə avtomobil marketə çırpılıb

16 Noyabr 2018 02:03 (UTC+04:00)

Mingəçevir şəhərində yol qəzası baş verib. "Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı marketin binasına çırpılıb. Nəticədə 1990-cı il təvəllüdlü sürücü İbrahim Lətif oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.