FİFA “Kayserispor” klubuna transfer qadağası qoyub

16 Noyabr 2018 02:17 (UTC+04:00)

FİFA Türkiyənin “Kayserispor” klubuna transfer qadağası qoyub. Buna səbəb, Superliqa təmsilçisinin hollandiyalı yarımmüdafiəçi Adnan Tiqhadouiniyə olan borcunu ödəməməsi səbəb olub. Klubdan 150 min avro alacağı olan Əlcəzair əsilli futbolçu FİFA-ya müraciət edib. Məsələni araşdıran ali futbol qurumu Kayseri təmsilçisini cəzalandırıb. Türkiyə klubu qış transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, A. Tiqhadouini “Kayserispor”a 2015-ci ilin yanvarında İspaniyanın “Malaqa” klubundan transfer olunmuşdu.