Tbilisidə binanın dağıntıları altından ana və övladının meyitləri tapılıb

15 Noyabr 2018 20:31 (UTC+04:00)

Tbilisidə yaşayış binasında qaz sızmasının səbəb olduğu güclü partlayış nəticəsində ana və onun azyaşlı uşağı ölüb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, binada həyata keçirilən axtarış-xilasedici əməliyyat zamanı onların meyitləri dağıntılar altında aşkar olunub.

Hazırda onların kimlikləri dəqiqləşdirilir. Bu gün səhər saatlarında binada baş vermiş partlayış binanın 3 və 4-cü mərtəbələrinin dağılması ilə nəticələnib. Hadisə zamanı Məmmədovlar ailəsinin 3 üzvü də xəsarət alıb. Onlar iki və üçüncü dərəcəli yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.