Şagirdlər arasında kütləvi zəhərlənmə - Türkiyədə

15 Noyabr 2018 18:33 (UTC+04:00)

Türkiyənin Trabzon vilayətinin Vakfıkebir rayonundakı məktəblərin birində kütləvi zəhərlənmə baş verib. Xəbər verilir ki, nahar yeməyindən sonra aralarında ibtidai sinif uşaqlarının da olduğu 25 şagirdin vəziyyəti mədə ağrısı və ürəkbulanma səbəbindən qəflətən pisləşib. Şagirdlər xəstəxanalara yerləşdirilib. Sağlamlıq təhlükəsizliyi məqsədilə məktəbin bütün kollektivi tibbi yoxlamaya cəlb olunub.