İngilis klubundan 18 yaşlı futbolçuya yeni müqavilə təklifi

16 Noyabr 2018 00:15 (UTC+04:00)

İngiltərənin "Mançester Siti" futbol klubu, gənc yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalamağa hazırlaşır. Britaniya mətbuatının yazdığına görə, 18 yaşlı oyunçu öz menecerinə klubda qalmaq istədiyini deyib. Mançester təmsilçisi futbolçu ilə 6 illik yeni sözləşmə barədə razılığa gəlib.