Romelu Lukaku zədələnib

15 Noyabr 2018 19:22 (UTC+04:00)

Futbol üzrə Belçika millisinin futbolçusu Romelu Lukaku UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda İslandiya ilə oyunu buraxacaq. Belçika Futbol Federasiyasının "Tvitter" səhifəsində yer alan məlumata görə, buna səbəb "Mançester Yunayted"in hücumçusunun zədəli olmasıdır. R.Lukakunun noyabrın 18-i İsveçrəyə qarşı oynayıb-oynamayacağı məlum deyil.