Prezident İlham Əliyev Əvəz Qocayevə fəxri ad verib

15 Noyabr 2018 17:27 (UTC+04:00)

Prezident İlham Əliyev Əvəz Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Əvəz İlyas oğlu Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilsin.