Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin əl işləri təşkil olunub TƏDBİR

15 Noyabr 2018 17:13 (UTC+04:00)

Bu gün 15 noyabr 2018-ci il tarixində Land Marc otelində Şimali Kipr Türk Çümhuriyyətinin Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin əl işləri və mətbəxinin nümayişi ilə tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin Başkanı Hayriye Tokyay qeyd etdi ki, dərnək bu gün Azərbaycanda, Bakıda yaşayan qadınlara, qadın dərnəklərinə özümüzlə gətirdiyimiz məhsulları təqdim etmək üçün buradayıq.

Tədbir Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin əl işləri və mətbəxinin nümayişi ilə davam etdirilib. Qonaqlar əl işləri ilə tanış olmaqla yanaşı, dərnəyin mətbəxinin və təamlarının da dadına baxıblar.