“Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olacaq

15 Noyabr 2018 15:31 (UTC+04:00)

Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nailə Mehdiyevanın rus dilində işıq üzü görən “Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olacaq.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən SİA bildirilib ki, kitab dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə dərc edilib.