Milli Məclisin İntizam Komissiyasının tərkibi 11 nəfərə çatdırılıb

15 Noyabr 2018 13:54 (UTC+04:00)

“Milli Məclisin İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə baxılıb. Komissiyanın tərkibinin 9-dan 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün üçün 7 nəfərin iştirakı məqbul hesab edilib”. SİA-nın məlumatına görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı məlumat verib.

O, millət vəkillərinin iclaslarda ancaq Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub: “Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Yəni, başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur. Yəni, bu təklif məqbul sayılmayıb”