Spiker: "Hər bir deputat iclasda iştirak etməlidir"

15 Noyabr 2018 13:53 (UTC+04:00)

“Buradan hər kəsi yaxşı görürəm. Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi ikinci hissədə iştirak etmirlər. Bunu elan etməli deyiləm axı...”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, hər bir deputat iclasda iştirak etməlidir: “Elə deputatlar var ki, günün ikinci yarısında iclasda iştirak etmir. Xəbərdarlıq edirsən, nəticə olmur. Buna son qoymaq üçün günün ikinci yarısında da qeydiyyat aparılmasını təklif edirsinizsə, edərik”.