Berlində Rusiya səfirliyinə hücum olub

15 Noyabr 2018 13:27 (UTC+04:00)

Dünən axşam Berlin polisi Rusiya səfirliyinə soxulmağa cəhd göstərmiş naməlum kişini saxlayıb. SİA dpa agentliyinə istinadla xəbər verir ki, həmin şəxs avtomobillə səfirliyə yaxınlaşıb, maşını bilavasitə səfirliyin binasının yanında saxlayıb. Bu şəxs səfriliyə keçməyə cəhd göstərərkən yoxlama nəticəsində məlum olub ki, o, axtarışdadır. Nəticədə polis əməkdaşları onu saxlayıblar.

“BZ” qəzetinin yazdığına saxlanılmış şəxs Polşa nömrə nişanlı “Mersedes” markalı, göy rəngli avtomobildə gəlib. Nəşrdə daha sonra dəqiqləşdirilir ki, bu şəxs barəsində Polşada axtarış elan edilib.

Saxlanılmış avtomobilin yük yerində şübhəli bir əşya aşkar edilib. Bu səbəbdən Rusiyanın Almaniya paytaxtındakı diplomatik missiyası təqribən 2 saat mühasirəyə alınıb. Sonda məlum olub ki, maşında partladıcı maddə yoxdur. Eyni zamanda avtomobilin yük yerində balta və dəyənək tapılıb.