“Taliban”la toqquşmalarda 35 hərbçi həlak olub

15 Noyabr 2018 13:25 (UTC+04:00)

Əfqanıstanın qərbində “Taliban” hərəkatı ilə toqquşmalarda təhlükəsizlik qüvvələrinin azı 35 əməkdaşı həlak olub. SİA Pajvak informasiya agentliyinə istinadla xəbər verir ki, insident noyabrın 15-nə keçən gecə baş verib. “Taliban” hərəkatının silahlıları Fərah əyalətində hökumət qüvvələrinin mövqelərinə hücum ediblər. Onlar üç nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə müvəffəq olub.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrora qarşı birgə əməliyyatlar keçirirlər.