Milli Məclis hökumətə 8 gün vaxt verdi

15 Noyabr 2018 12:55 (UTC+04:00)

Milli Məclisdə büdcə müzakirələri sona çatıb. SİA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov noyabrın 23-dək hökumətə vaxt verib.

"Noyabrın 23-dək büdcə sənədi ilə bağlı hökumətə vaxt veririk. Büdcə ilə bağlı növbəti iclasımız noyabrın 23-də, daha sonra isə noyabrın 30-da keçiriləcək”, - deyə spiker qeyd edib.