"Mançester Siti"nin müdafiəçisi əməliyyat edilib

15 Noyabr 2018 12:35 (UTC+04:00)

"Mançester Siti"nin müdafiəçisi Benjamin Mendi sol dizindən əməliyyat edilib. SİA-nın məlumatına görə, 24 yaşlı futbolçunun əməliyyatı uğurlu baş tutub. Fransa millisinin üzvü növbəti il yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, sol cinah müdafiəçisi ötən il sağ dizindən əməliyyat edilmişdi və 7 ay futboldan uzaq qalmışdı.