Yığmamız dünya çempionatında 5-ci yeri tutub

15 Noyabr 2018 11:18 (UTC+04:00)

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. SİA-nın məlumatına görə, mundiala 7 pəhləvanla yollanan yığmamız 71 xalla komanda hesabında ilk “5-liy”i qapayıb. Millimiz yalnız Gürcüstan (126), Rusiya (101), Türkiyə (87) və Yaponiyadan (80) geri qalıb.

Xatırladaq ki, Buxarestdə Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.