Biləsuvar rayonunda mədəniyyət işçilərinin iştirakı ilə dəyirmi masa keçirilib FOTOLAR

15 Noyabr 2018 10:53 (UTC+04:00)

Biləsuvar rayonunun Heydər Əliyev Mərkəzində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin təşəbbüsü və Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyətin idarə olunmasının müxtəlif aspektləri: nəzəriyyə və təcrübə” mövzusunda dəyirmi masa keçirilib.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdə İxtisasartırma Mərkəzinin əməkdaşları, mədəniyyət sahəsi üzrə mütəxəssislər, təhsil işçiləri və tədqiqatçılar mövzu ətrafında müasir mədəniyyətin aktual problemlərinə həsr olunan məruzələr etdilər və yerli mədəniyyət işçiləri ilə birlikdə müzakirələr aparıblar.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.